Rayonun Köçəkli kəndində şəhid İntiqam Abbasovun şəhadətinin 6-cı ildönümü anıldı
29 sentyabr 2026-cı il tarixində Masallı rayonunun Köçəkli kəndində şəhid Baş gizir Abbasov İntiqam Yavər oğlunun 6-cı ildönümü anılmışdır.
Şəhid İntiqam Abbasovun şəhadətə yüksəlməyinin 6-cı ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Masallı rayonunun Köçəkli kəndində dəfn olunmuşdur.






