Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun sosial müdafiəsi

10 iyul 2023 | 18:27

Masallı Rayon Statistika idarəsindən verilən məlumata görə 2023-cü ilin əvvəlinə Masallı rayonu üzrə pensiyaçıların sayı 21909 nəfər olmuşdur. Onlardan 12237 nəfəri və ya 55,9 faizi yaşa görə, 7031 nəfəri 32,1 faizi əlilliyinə görə, 2641 nəfəri və ya 12,0 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 295,53 manatdır. Pensiyaçıların ümumi sayından 1261 nəfəri və ya 5,8 faizi işləyənlər, 20648 nəfəri və ya 94,2 faizi isə işləməyənlər qrupuna daxildir.   

Ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin sayı 3080 olmuşdur. Ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailə üzvlərinin sayı isə 14004 nəfərdir. Bir nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 88,78 manat olmuşdur.

İşləməyən əhali üzrə sosial müavinat təyin olunmuş şəxslərin sayı 11402 nəfərdir. Bir nəfərə düşən sosial müavinat üzrə orta aylıq məbləğ 159,54 manat olmuşdur. Bu kateqoriyadan olan şəxslər üzrə daha ətraflı cədvəl 3-də qeyd olunmuşdur.

Rayon üzrə birdəfəlik sosial müavinətlərin sayı 2105-dir.

Bu kateqoriyadan olan şəxslər üzrə daha ətraflı cədvəl 5-də qeyd olunmuşdur.

Keçidlər