Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
03 aprel 2025 | 17:28
Masallı rayonu ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayonun Tüklə ərazisində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, şəhid ailələri, ziyalılar, din xadimləri və sakinlər iştirak etmişlər.
Aksiya çərçivəsində rayon ərazisində 1050 ədəd meşə ağacı əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.