Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yeddioymaq kəndində şəhid Əlimərdan Quluzadənin şəhadətinin 6-cı ildönümü anıldı

06 oktyabr 2026 | 15:33

06 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Yeddioymaq kəndində şəhid Quluzadə Əlimərdan Fəttah oğlunun şəhadətinin 6-cı ildönümü anılmışdır.

Şəhid Əlimərdan Quluzadənin şəhadətə yüksəlməyinin 6-cı ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər

Keçidlər