RİH Başçısı 02.08.2023-cü il tarixdə Viləş ərazisinin sakinləri ilə görüşdü
02 avqust 2023-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Viləş ərazisində keçirmişdir.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etmiş, sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəmişdir.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmiş və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.