”Sağlam həyat tərzi” mövzusunda tədbir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 3.3.7.1-ci (Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması) bəndinin icrası ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə R.Cəfərov adına Masallı şəhər 6 saylı tam orta məktəbdə şagirdlərlə ”Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilmiş və maarifləndirici materiallar paylanmışdır.