“Sağlam həyat tərzi və xəstəliklərin profilaktikası” mövzusunda aksiya
Əhalinin müxtəlif yaş kateqoriyaları arasında sağlam həyat tərzi və davranış risk amillərinə görə vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi ilə əlaqədar olaraq mütəmadi tədbirlər həyata keçirilir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi əhalinin müxtəlif yaş kateqoriyaları arasında əsasən uşaq, yeniyetmələr və gənclər arasında sağlam ətraf mühit, sağlam həyat tərzi narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsirləri və s. ilə bağlı maarifləndirmə işini ümumtəhsil müəssisələrində və əhalinin sıx toplaşdığı yerlərdə aparılmasını təşkil edərək həyata keçirir. Həmçinin əhalinin kiçik yaş qrupuna daxil olan məktəbəqədər və ümumtəhsil müəssisələrində fiziki göstəricilərin illər üzrə müqayisəsini diqqətdə saxlamaqla sağlamlıq göstəricilərinin monitorinqini təşkil edir. Burada uşaqların ümumi sayı, fiziki inkişafın səviyyələrinə uyğun olaraq müalicəyə ehtiyacı olanların dispanser qeydiyyatına alınması və bu işin monitorinqini aparmaqla qiymətləndirməsi həyata keçirilir.
Monitorinqlər keçirilən zaman bir qrup əhali arasında alkoqolun, tütünün istifadəsinin insan orqanizminə mənfi təsirləri, fiziki aktivliyin, idman hərəkətlərinin orqanizim üçün faydaları barədə ətraflı məlumatlar verilir. Həmçinin əhali arasında zərərli vərdişlərdən istifadə haqqında suallar verməklə onlar arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsidə həyata keçirilir.
Bundan başqa dayanıqlı nəticə əldə etmək üçün əhalinin sıx toplaşdığı yerlərdə, idarə müəssisə və təşkilatlarda maarifləndirmə məqsədi ilə plakatlar asılır, bukletlər paylanılır.
Qeyd edirik ki, bundan sonra da Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi, ərazidə yerləşən tibb müəssisələri, kənd həkim məntəqələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq əhali arasında “Sağlam həyat tərzi və xəstəliklərin profilaktikası” mövzusunda maarifləndirici təbliğat-təşviqat işləri davam etdiriləcəkdir.