SAHƏLƏRDƏ MƏHSUL BOLDUR
20 iyun 2022 | 20:21
Öncəqala ərazisində badımcan yığımı günbəgün sürətlənir. Bu il örtük altında 31 hektarda məhsul yetişdirən fermerlər bazarlara xeyli faraş badımcan çıxarmağa nail olmuşlar. İndi hər gün yerli və Bakı şəhərinin bazarlarına 400-500 kiloqram badımcan yola salınır. Sahələrdə isə məhsul boldur. Məhsul yığımı davam edir.