Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıcəfərli kənd ümumi orta məktəbinin açılışı

14 noyabr 2023 | 18:43

Masallıda Sarıcəfərli kənd ümumi orta məktəbinin açılışı mərasimi keçirilmişdir.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov, Masallı Təhsil sektorunun müdiri Qoşqar Hətəmov, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak etmişlər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmaləddin Quliyev qonaqları salamlayaraq məktəbin açılışı ilə əlaqədar pedaqoji kollektiv, şagirdlər və valideynlər adından Ölkə Başçısı Cənab İlham Əliyevə və aidiyyatı qurumlara minnətdarlığını ifadə edərək çıxış üçün sözü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədova verdi.

Rayon rəhbəri yeni modul tipli məktəbin açılışı münasibəti ilə kollektivi təbrik etdi və bundan sonrakı tədris prosesində kollektivə uğurlar arzuladı.

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov, şəhid atası Nurəddin Bağırov, məktəbin müəllimləri çıxış etdilər, şagirdlər tərəfindən hazırlanmış kompozisiya təqdim olundu.

Sonda tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, modul tipli layihə əsasında inşa olunmuş Masallı rayonu Sarıcəfərli kənd ümumi orta məktəbin binası 96 şagird yerlikdir. Məktəbdə 9 sinif otağı ilə yanaşı, kitabxana şagirdlərin istifadəsinə verilib.

Keçidlər