Şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
21 may 2025-ci il tarixdə Masallı rayonunun Babaser kəndində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı şəhid ailəsi üçün təmir edilmiş fərdi yaşayış evinə baxış keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Kazımov, ərazi nümayəndəliyi, bələdiyyə və media nümayəndələri şəhid ailəsi üçün təmir edilən fərdi yaşayış evində olmuşlar.
Qonaqlar şəhid Rəşad Şahbazovun ailəsinə məxsus olan fərdi yaşayış evində aparılan təmir işləri ilə tanış olduqdan sonra bildirmişlər ki, şəhid ailələri hərzaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur və onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır.
Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.