Şəhid Anar Novruzovun xatirəsinə həsr edilmiş şahmat turniri
Masallı Rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq-Gənlər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə düzənlənən xatirə turniri 2020-ci il iyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş mayor Anar Gülverdi oğlu Novruzovun anadan olmasının 46-cı ildönümü ərəfəsində gerçəkləşib.
Mayın 4-də Ərkivan qəsəbəsinin “Türkan” istirahət mərkəzində start götürən yarışlar 3 gün davam edəcək. İsveçrə sistemi üzrə 7 turdan ibarət turnirə 18 yaşdan yuxarı 30-a yaxın həvəskar idmançı qatılıb. Yarışların baş hakimi, idman ustalığına namizəd İsmayıl Əzizovdur.
Artıq ikinci dəfə keçirilən xatirə turnirinin təşkilində məqsəd şəhidlərimizin tanıdılması və vətənpərvərlik hisslərinin gücləndirilməsidir.
Qaliblər mayın 12-də, şəhid mayorun doğum günündə Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.