Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasını ziyarət

17 may 2022 | 19:03

17 may 2022-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və MRX PHŞ-nin həkim kollektivi I Qarabağ şəhidi Musayev Murad Qurbanəli oğlunun anası Musayeva Ruqiyyə Ağabala qızını Masallı rayon Mərkəzi Xəstəxanasında ziyarət etmiş və səhhəti ilə maraqlanmışlar.

Belə ki, şəhid anası Ruqiyyə Musayeva uzun müddətdir ki, xroniki ürək çatışmazlığından, şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Masallı rayon rəhbərliyinə və Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ kollektivinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər