Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Araz Seyfullayevin doğum günü

28 may 2022 | 16:00
Masallıda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı qüvvələrində ki əsgəri, Seyfullayev Araz Elsevər oğlunun doğum günü münasibəti ilə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və YAP fəalları Masallı şəhərində Vətən müharibəsi Şəhidi Seyfullayev Araz Elsevər oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. 
Daha sonra şəhidin ailəsi ziyarət olunub. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Araz Seyfullayevin qısa və şərəfli ömür yolundan bəhs edb. Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Araz Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü ", Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. 
Şəhid ailəsi göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 
Keçidlər