Şəhid Cavad Babayevin anım mərasimi
11 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Cavad Gülverdi oğlu Babayevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər. Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Cavad Gülverdi oğlu Babayevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Vətən müharibəsinin "Vətən uğrunda", "Cəsur döyüşçü", “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medallı Cavad Babayevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.