Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cavad İbadovun şəhadətinin 5-ci ildönümü anıldı

29 noyabr 2025 | 15:06

29 noyabr 2025-ci il tarixində Masallı şəhərində şəhid İbadov Cavad Cabir oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.

Şəhid Cavad İbadovun şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev və kollektivi, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər