Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid çavuş Cavad İbadovun anım mərasimi

29 noyabr 2022 | 18:12

29 noyabr 2022-ci il tarixdə​​ Masallı şəhərində​ 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Cavad Cabir oğlu İbadovun anım mərasimi keçirilib.

Anım mərasimində​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ cənab Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər​ sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid  çavuşu  Cavad İbadovunailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar​ ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin​ «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə»,  «Xocavəndin azad olunmasına görə» və «Kəlbəcərin azad olunmasına görə» medallı​ Cavad İbadovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.

Keçidlər