Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
16 noyabr 2024-cü il tarixində Masallı rayonunun Hüseynhacılı kəndində şəhid Novruzov Elçin Qismət oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Elçin Novruzovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.