Şəhid Elgün Mikayıllının şəhadətinin 4-cü ildönümü anıldı
16 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Xıl kəndində şəhid Mikayıllı Elgün Aqil oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Elgün Mikayıllının şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Mirsənan Sadıqov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.