Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əli Nəcəfovun şəhadətinin 4-cü ildönümü anıldı

22 oktyabr 2024 | 18:29

22 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Tüklə kəndində şəhid Nəcəfov Əli Seyran oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Əli Nəcəfovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, ərazi nümayəndəliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri şəhidin ailəsini və məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər