Şəhid Əli Quliyev şəhadətinin 4-cü ildönümü anıldı
29 oktyabr 2024-cü il tarixində Kolatan kəndində şəhid Quliyev Əli Turac oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Əli Quliyevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin müdir müavini Niyazi Bağırov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Mirsənan Sadıqov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.