Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Nurlan Malikovun anım mərasimi

31 dekabr 2022 | 20:01

   31 dekabr 2022-ci il tarixdə Masallı rayonunun Öncəqala kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Nurlan Dünyamalı oğlu Malikovun anım mərasimi keçirilmişdir.

    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak etmişdir.

    Rayon rəhbəri şəhidin il mərasimində Masallıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, masallılara daha uğurlu, sevincli günlər arzulayıb.

   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Nurlan Dünyamalı oğlu Malikov ölümündən sonra "Vətən uğrunda", «Qubadlının azad olunmasına görə» və  “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

     Şəhid əsgər Nurlan Malikovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin başçısına və qonaqlara dərin minnətdarlığını bildirmişdir.

Keçidlər