Şəhid əsgər Məmmədağa Bağırovun anım mərasimi
24 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Təklə kəndindən olan 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Məmmədağa Həsənağa oğlu Bağırovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Məmmədağa Bağırovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Mərasimin sonunda şəhid Məmmədağa Həsənağa oğlu Bağırovun adına tikilmiş bulağın açılışı olub.
Vətən müharibəsinin «Vətən uğrunda», "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medallı Məmmədağa Həsənağa oğlu Bağırovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.