Şəhid İbrahim Lələyevin şəhadətinin 4-cü ildönümü anıldı
11 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Hişkədərə kəndində şəhid Lələyev İbrahim Həzrətqulu oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid İbrahim Lələyevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, Qafqaz Müsəlmanları idarəsinin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov, ərazi nümayəndəliyi, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.