Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Kənan Şahbazovun şəhadətinin 4-cü ildönümü anıldı

02 oktyabr 2024 | 16:03

02 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Çaxırlı kəndində şəhid Şahbazov Kənan Natiq oğlunun 4-cü ildönümü anılmışdır.

Şəhid Kənan Şahbazovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Moradov, aparatın İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nəsib Bağırov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Kənan Şahbazov 28.09.2020-ci ildə Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Kənan Natiq oğlu Şahbazov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Keçidlər