Şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi
05 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində 44 günlük Vətən müharibəsinin “Rəşadət” ordenli şəhid leytenantı Vüsal Aslan oğlu Məhərrəmovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid leytenantı Vüsal Aslan oğlu Məhərrəmovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Vətən müharibəsinin “Rəşadət” ordenli şəhid leytenantı Vüsal Aslan oğlu Məhərrəmovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.