Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhəmməd Əliyevin şəhadətinin 4-cü ildönümü anıldı

11 noyabr 2024 | 12:57

11 noyabr 2024-cü il tarixində Masallı rayonunun Böyük Xocavar kəndində şəhid Əliyev Məhəmməd İlham oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Məhəmməd Əliyevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov, İnformasiya təminatı və təhlil sektorunun Aparıcı məsləhətçisi Nəsib Bağırov, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər