Şəhid Namiq Bağırovun şəhadətinin 4-cü ildönümü anıldı
08 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Çaxırlı kəndində şəhid Bağırov Namiq Nurəddin oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Namiq Bağırovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov, Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nəsib Bağırov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.