Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 5-ci ildönümü anıldı
22 noyabr 2025-ci il tarixində Masallı şəhərində şəhid Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Niyaməddin Sultanzadənin şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini Abbas Abbaszadə, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, İnformasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






