Şəhid Rafail Hüseynovun şəhadətinin 4-cü ildönümü anıldı
30 noyabr 2024 | 16:48
30 noyabr 2024-cü il tarixində Masallı rayonunun Qarğalıq kəndində şəhid Hüseynov Rafail Teymur oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Rafail Hüseynovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.