Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ramil Məmmədovun ailəsinə təltifləri təqdim edildi

27 dekabr 2023 | 22:47

Masallı rayonu, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin Allahyarlı kəndindən olan şəhid Ramil Habil oğlu Məmmədov təltif olunub.

2022-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror əməliyatları zamanı şəhid olan Ramil Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, rayon rəsmiləri və qazilərin iştirakı ilə 26 dekabr tarixində medal və orden şəhidin ailəsinə təqdim edilib.

Şəhid atası Habil Məmmədov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Keçidlər