Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sübhan Həsənovun anım mərasimi

07 dekabr 2022 | 15:01

07 dekabr 2022-ci il tarixdə​​ Masallı şəhərindən olan​ 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Sübhan Həsənovun anım mərasimi keçirilib.

Anım mərasimində​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ cənab Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, Masallı şəhər​inin sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Sübhan Həsənovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar​ ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

«Vətən uğrunda», «Cəsur döyüşçü» və «Suqovuşanın azad olunmasına görə» medallı​, Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Sübhan Həsənovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.

Keçidlər