Şəhid Ziya Gözəlovun şəhadətinin 5-ci ildönümü anıldı
22 noyabr 2025-ci il tarixində Kəlbəhüseynli kəndində şəhid Gözəlov Ziya Zahid oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Ziya Gözəlovun şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, şöbənin böyük məsləhətçisi Sənan Sadıqov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






