Şəhid Röyad Məmmədovun anım mərasimi
8 Noyabr 2022-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Röyad Famil oğlu Məmmədovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri,SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Röyad Famil oğlu Məmmədovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Röyad Məmmədovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.