Sərçuvar kəndində asfaltlanma işləri
Sərçuvar kəndində Azərbaycanın Milli Qəhramanı Məmmədov Səfəralı Qurban oğlunun Ev Muzeyinə gedən yola asfalt döşənmişdir.
19 sentyabr 2022-ci il tarixdə Masallı rayonunun Sərçuvar kəndində Azərbaycanın Milli Qəhramanı Məmmədov Səfəralı Qurban oğlunun Ev Muzeyinə gedən yolun 350 metr hissəsinə asfalt döşənmişdir. Bu, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun həmin kənddə və Qəhrəman şəhidin Ev Muzeyi ilə tanışlıq zamanı səsləndirilən təkliflər nəticəsində həyata keçirilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəbərinə minnətdarlıq ifadə etmişlər.
Qeyd edək ki, asfaltlama işlərini 47 nömrəli Masallı Yol İdarəsi həyata keçirmişdir.