Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu

24 aprel 2024 | 16:12

            24 aprel 2024-cü il tarixdə Masallı rayonunun Şərəfə kəndində yeni məhəllənin təbii qazla təmin olunması mərasimi keçirilmişdir.

            Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz istismarı idarəsinin rəisi Namiq Zeynalov, hüquq-mühafizə orqanları rəhbərləri, kənd sakinləri və media nümayəndələri iştirak etmişdir.

            Açılış mərasimində çıxış edən rayon rəhbəri təbii qazla təmin olunan mənzillərin sahiblərini təbrik etmiş və xoş arzularını bildirmişdir.

            Tədbirdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz istismarı idarəsinin rəisi Namiq Zeynalov sakinləri təbrik edərək əhalinin və yeni inşa edilmiş mənzillərin təbii qazla təmin olunması istiqamətində görülmüş işlər barədə danışdı.

            Evləri təbii qazla təmin olunan sakinlərdən Xankişi Xankişiyev, İlahə Məmmədova və başqaları əhalinin müraciətinə operativ yanaşaraq daim xalqına diqqət və qayğı ilə yanaşdığı üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayon İcra Hakimiyyətinə, Azəriqaz İB-nə və zəhməti olanlara minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər