“Son zəng” tədbirləri Masallıda xüsusi təntənə ilə qeyd edilib
14 iyun 2022-ci il tarixdə, rayonun ümumtəhsil məktəblərindən 66 tam orta məktəbində “Son zəng” tədbiri keçirilib. “Son zəng” tədbiri ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə-müəssisə rəhbərləri rayon ümumi təhsil məktəblərinə təhkim olunmuşlar.
Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qarafarova R. Əlihəsənov adına Masallı şəhər 1 saylı və Vətən müharibəsi Qəhrəmanı şəhid İntiqam Əsgərlinin adını daşıyan Masallı şəhər 3 saylı tam orta məktəblərində “Son zəng” tədbirində şəhidin valideyinləri ilə birlikdə iştirak etmiş və məzunlara öz təbrikini çatdırıb.
Eyni zamanda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov da R. Əlihəsənov adına Masallı şəhər 1 saylı, R.Cəfərov şəhər 6 saylı və S.Xəlilov adına Qızılağac 1 saylı tam orta məktəblərində keçrilən “Son zəng” tədbirlərində iştirak etmiş və məktəblərin pedaqoji kollektivinə və məzunlara uğurlar arzulayıb, rayonda təhsilin gələcək inkişafı ilə əlaqədar tövsiyələrini vermişdir. Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Rayon üzrə təhsil sektorunun baş məsləhətçisi-müdir əvəzi Samit İslamov da məzunlara gələcək həyatlarında uğurlar və Müstəqil Azərbaycan Respublikasına layiqli vətəndaş olmağını arzulamışdır.