Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial Xidmətlər Agentliyinin sədri Masallıda

16 iyul 2022 | 19:31
Sosial Xidmətlər Agentliyinin sədri Masallıda vətəndaşların müraciətini dinləyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Masallıda vətəndaşların müraciətini dinləyib.

Masallı və Lənkərandan olan 20-yə yaxın vətəndaş fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təminedilmə kimi məsələlərlə bağlı müraciətlərini bildirib.

Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün tapşırıq verib.

Vətəndaşların mövcud müraciətlərini yerində araşdıraraq həll edilməsinə dəstək göstərmək məqsədi daşıyan qəbullar bu ilin mayından etibarən həyata keçirilir.

Ötən dövrdə Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad, Qəbələ, Tərtər və Masallıda ümumilikdə 22 şəhər və rayonun 300-dən çox sakinin müraciəti dinlənilib.

Keçidlər