Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa biz qayıtdıq”

24 may 2022 | 16:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2022-ci ilin “Şuşa” ili elan edilməsi ilə əlaqədar 24 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Şuşa biz qayıtdıq” mövzusunda fəal gənclərlə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycan mədəniyyətinin, xüsusilə musiqinin, muğam sənətinin beşiyidir. Eyni zamanda, Şuşa Azərbaycan po­eziyasının, ədəbi dilinin vətəni sayılır. Qarabağın tacı olan Şuşa Azərbaycan xalqı üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan danışan təşkilat sədri vurğulayıb ki, 30 illik işğal dövründə erməni vandallığına məruz qalan ərazilər Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı, Heydər Əliyev Fondunun proqram və layihələri ilə bərpa olunur, yenidən qurulur. O qeyd edib ki, Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən  illər ərzində Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. 

Seyfəddin Əliyev qeyd etdi ki, keçən il ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra bir sıra tədbirlər – “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”, eləcə də cari ilin aprelin 22-də Dünya Azərbaycanlılarının 5-ci Qurultayının cənnət Qarabağın döyünən qəlbi mədəniyyətimizin paytaxtı və tarixi qələbəmizin rəmzi olan Şuşa şəhərində keçirilməsi hər bir azərbaycanlı üçün əlamətdar hadisədir.

Tədbirdə iştirak edən gənc fəallardan Fərid Əyyubzadə, Ləman Bəyoğlanlı, Abid Abıyev və başqaları çıxış edərək Ali Baş Komandan  İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillər olduğunu qeyd etdilər.

Keçidlər