Şriftin ölçüsü :

Saytın rəngi :

"Şuşa bizimdir" adlı tədbir

04 iyun 2022 | 10:31

Masallı şəhər İntıqam Əsgərli adına 3 nömrəli tam orta məktəbdə Təhsil nazirliyinin F-134 nömrəli əmrilə təsdiq edilmiş "Şuşa ili" ilə bağlı Tədbirlər Planına əsasən "Şuşa bizimdir" adlı tədbir keçirildi.
İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəb rəhbərliyi məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edirdilər. Tədbirdə çıxış edən məktəbin direktoru Astan İbişov, Şuşadan olan müəllim Sevinc Quliyeva və valideyn Abdul Əsgərov 44 günlük vətən müharibəsində Ali baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlarından, Şuşa şəhərinin tarixindən, mədəniyyətindən, Şuşa şəhərinin xalqımız üçün nə qədər böyük əhəmiyyət daşıdığını vurğuladılar.
Məktəb şagirdlərinin hazırladığı Xan qızı Natəvanın həyatına həsr olunmuş ədəbi bədii kompozisiyalar şagirdlərin ifa etdiyi rəqslər, söylədiyi şeirlər, nümayiş etdirdiyi təqdimatlar böyük maraqla qarşılandı.

Keçidlər