Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa mədəniyyətinin inciləri

28 iyun 2022 | 18:19

28 iyun 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa ili”nə həsr olunmuş “Şuşa mədəniyyətinin inciləri” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov Azərbaycan ədəbiyyatının tanınmış simalarının Şuşada doğulduqlarını qeyd edərək, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətlərin adlarının Şuşa ilə qoşa çəkildiyini vurğulayıb.

Sonra kitabxananın əməkdaşı Rəşad İsmayılov mövzu ilə bağlı geniş məruzə edib.

Keçidlər