Suvarma işləri davam etdirilir
16 iyul 2022 | 19:33
Viləşçay Su Anbarı İstismarı İdarəsinin kollektivi bu günlər çəltik yetişdirən fermerlərə yaxından kömək göstərir. İdarənin mexanizatorları səylərini birləşdirərək, mövsümü uğurla başa çatdırmağa çalışırlar. Hazırda əsas diqqət sahələrin suvarılmasına yetirilir. Boradigah qəsəbə, Mahmudavar, Sərçuvar kəndi ərazilərində çəltik sahələrinin suvarılması diqqər mərkəzindədir. Ərəb və Həsənli kəndlərində isə çaylar lildən təmizlənir, su itkisinin qarşısının alınması üçün tədbirlər həyata keçirilir.