Şriftin ölçüsü :

Saytın rəngi :

“Tariximizin əfsanəsi” adlı tədbir

30 yanvar 2023 | 16:14

Masallı rayon Mərkəzi Kitabxanasında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə əlaqədar “Tariximizin əfsanəsi” adlı tədbir keçirilib.

Əvvəlcə şəhidlərin və Hacı Zeynalabdin Tağıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinin bu gün hər kəsə bir nümunə olduğunu diqqətə çatdırıb. Sonra kitabxananın əməkdaşları Rasif Dadaşov və Gülər Piriyeva mövzu ilə bağlı məruzə ediblər.

Keçidlər