Şriftin ölçüsü :

Saytın rəngi :

Təzə Alvadı ərazi nümayəndəliyi tərəfindən 01.10.2024-cü il tarixdə vətəndaşlar qəbul edilmişdir

02 oktyabr 2024 | 17:06

01 oktyabr 2024-cü il tarixdə Təzə Alvadı kənd çay evində Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Zahir Qarayev tərəfindən Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına uyğun olaraq vətəndaşların qəbulu keçirilmişdir.

Görüşdə iştirak edənlərdən 3 nəfər vətəndaş tərəfindən 4 müraciət edilmişdir ki, onlardan Təzə Alvadı kəndində yeni məhəllənin təbii qazla təmin olunması, suaparıcı kanalların təmizlənməsi, Ələt-Astara magistral avtomobil yolunun Təzə Alvadı kəndindən keçən hissəsində məktəb istiqamətində yola piyada zolağının çəkilməsinə köməklik göstərilməsi və Vətən Müharibəsi şəhidi Sənan Səlimov küçəsinə asfalt örtüyünün döşənməsi ilə bağlı olmuşdur. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər nümayəndəlik tərəfindən qeyd olunaraq müraciətlərin həlli istiqamətində işlərə başlanıldığı və nümayəndəliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müvafiq qurumlara müraciət olunacağı vətəndaşlara bildirilmişdir.

Keçidlər