Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd kəndi ərazisində səyyar-görüş qəbul

29 iyun 2022 | 19:38

29 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun  Təzəkənd kəndi ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

    Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

     İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.

     Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Qurbanov Mirağa Balaxan oğlu, Ağayev Fuad Əjdər oğlu, Əliyev Hatəm Xanəhməd oğlu, Əliyeva Qızqayıt Əvəz qızı, Əmənov Mirtağı Xudaqulu oğlu, Fətullayev Cəlal Etibar oğlu və başqaları kəndin SİP kabelləşməsi, qızına ünvanlı sosial yardımın ala bilməməsi, kəndə içməli su xəttinin çəkilməsi, Təzəkənd-Qızılağac kənd yolunun təmir olunması, kəndin yaxınlığında Qızılağac Dövlət Qoruğuna məxsus «Bala dəniz» suyunun «Böyük dəniz»-ə axıdılmasının qarşısının alınması və s.  məsələlər barədə müraciətlər etmişlər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Keçidlər