Şriftin ölçüsü :

Saytın rəngi :

“Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı tədbir

13 may 2025 | 17:52

13 may 2025-ci il tarixində Masallı şəhər Gənclər Evi Sosial Xidmət Müəssisəsində Masallı Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Tütünә qarşı mübarizә haqqında ÜST-nin Çәrçivә Konvensiyasına qoşulmasının 20-ci il dönümünə həsr edilmiş “Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı regional tədbir keçirilmişdir.

Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Mərkəzin baş hüquq məsləhətçisi Rüstəm Məmmədov çıxış edərək bildirmişlər ki, Çərçivə Konvensiyası ÜST tərəfindən qlobal miqyasda epidemiya elan edilmiş tütünə qarşı mübarizədə səylərinin birləşməsi, bu istiqamətdə hərtərəfli dəstəyin göstərilməsi və sağlamlıq hüquqlarının təmin olunmasına yönəldilir.

Eyni zamanda çıxışçılar Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin, təhsilinin, təmiz ekoloji mühitinin təmin edilməsi üzrə vəzifələri də Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərin icrası barədə ətraflı bəhs etmişlər.

Keçidlər