Şriftin ölçüsü :

Saytın rəngi :

“Unudulmaz tarix” mövzusunda tarix dərsi

13 yanvar 2023 | 18:38

Yanvarın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar olaraq “Unudulmaz tarix” mövzusunda tarix dərsi keçirildi. Tarix dərsində Mahmudavar kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi.

Əvvəlcə vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntiqə Tağıyeva və Mahmudavar kənd tam orta məktəbin direktoru  Xanım Əliyeva faciənin baş vermə səbəbləri və  xalqın mübarizlik əzmindən geniş danışdılar.

Dərsin sonunda şagirdlər 20 yanvar faciəsinə həsr olunmuş  foto sərgi ilə  tanış olmaqla yanaşı muzeyə  ekskursiya etdilər.

Keçidlər