Şriftin ölçüsü :

Saytın rəngi :

Urşan Tağıyev – 80 və “Kolatan və Kolatanlılar” kitabının təqdimatı    

18 yanvar 2023 | 19:52

            18 yanvar 2023-cü il tarixdə “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsində  Urşan Həzər oğlu Tağıyevin anadan olmasının 80 illik yubileyi və müəllifi olduğu “Kolatan və Kolatanlılar” kitabının təqdimatı keçirilmişdir.

        Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

        Tədbiri giriş sözü ilə açan “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev çıxış üçün ilk sözü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova vermişdir. Cənab Araz Əhmədov rayonun tanınmış ziyalısı, təcrübəli təşkilatçı Urşan Tağıyevi Ulu Öndər Heydər Əliyevin idealarına həmişə sədaqətli olduğunu və gənc nəslin milli ruhda tərbiyə olunmasında, eyni zamanda şagirdlərində vətənpərvərlik tərbiyəsinin təbliği istiqamətində müstəsna xidmətlərinin olduğunu qeyd etmişdir.

     Tədbirində Masallı Rayon İcra Hakimiyyətinin müavini Aybəniz Qafarova, Millət vəkili Anar İsgəndərov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Şeyfəddin Əliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Səfail Eyvazov, yubiliyarın müəllifi olduğu “Kolatan və Kolatanlılar” kitabının elmi rəyçisi Bakı Texniki Universitetinin professoru, tarix elimləri doktoru Şikar Qasımov, Böyük Kolatan kənd tam orta məktəbinin sabiq direktoru Ağamirzə Müslümov, din xadimi Hacı Nadir Dadaşov  və başqaları Urşan Tağıyevə xoş arzularını bildirmiş, həmçinin respublikanın  və Masallının ictimai-siyasi həyatındakı fəaliyyətindən, vətənə, dövlətə, Ulu Öndərə dövlətimizin başçısına sədaqətindən danışmışlar.

        Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Urşan Həzər oğlu Tağıyev təhsil sahəsində  uzun müddət səmərəli fəaliyyəti, rayonun ictimai-siyasi həyatında fəal iştirakı və 80 illik yubileyi münasibətilə  “Fəxri Fərman”-la  təltif edilmişdir.

        Eyni zamanda yubiliyar Urşan Tağıyevə Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar  İttifaqı  Konfederasiyası, Lənkəran-Astara Regional Təhsil İdarəsi,  ”Masallı ZiyalılarI”  İctimai Birliyi, “Azərbaycan  Respublikası  Müharibə Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi  tərəfindən “Fəxri Fərman”  və qiymətli hədiyyələr təqdim olunmuşdur.

      Yubiliyar Urşan Tağıyev  anadan olmasının 80 illik yubileyinin  keçirilməsinə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova və tədbir iştirakçılarına öz dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilmişdir.

Keçidlər