Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Zaur Hüseynovun doğum günü xatirəsi anılıb

24 iyun 2022 | 18:28
24 iyun 2022-ci il tarixdə Masallıda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Hüseynov Zaur Vaqif oğlunun doğum günü münasibəti ilə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi Nurlan Muradov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının ərazi partiya təşkilat sədrləri və fəalları Masallı rayonunun Hişkədərə kəndində Vətən müharibəsi Şəhidi Hüseynov Zaur Vaqif oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Keçidlər