VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ:
10 iyun 2022 | 12:44
Mərkəzi İcra Hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq 17 iyun 2022-ci il tarixdə saat 10:00-dan başlayaraq Masallı rayon prokurorluğunun inzibati binasında Azərbaycan Respublikası Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyev tərəfindən Masallı, Yardımlı və Lənkəran rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda iştirak etmək istəyən şəxslərin Masallı rayon Prokurorluğuna müraciət etmələri tövsiyyə olunur.