Vətənə əsgər olaq
23 iyun tarixində Masallı Tarix -Diyarşünaslıq Muzeyində Masallı Tarix -Diyarşünaslıq Muzeyi ,Masallı rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 26 iyun- Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “ Vətənə əsgər olaq” başlığı altında tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə hərbiçilər, şəhid ailələri, müharibə veteranları, qazilər, mədəniyyət nümayəndələri, mətbuat işçiləri iştirak etdilər.
İlk öncə Azərbaycanın ordu quruculuğunda əməyi olanların, ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Əntiqə Tağıyeva 26 iyun -Azərbaycanın Silahlı Qüvvələr Gününün 105 illiyi münasibətilə hər bir kəsi təbrik etdi.
Sonra çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Masallı rayon təşkilatının səbri Məmmədağa Şiriyev, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, ehtiyatda olan mayor Ramiz Balabəy oğlu Tağıyev, Vətən müharibəsi iştirakçısı Həmid Həbib oğlu Mənsimov, Ədalət Əfqan oğlu Hüseynov ölkəmizdəki 105 yaşlı ordunun yaranmasından ,inkişafından və qazandığı qələbədən geniş danışdılar. Şəhid anası Mehriban Sultanzadə gənclərin vətənpərvər ruhda yetişmələrində yardımçı ola bilən marifləndirici tədbirlərin keçirilmə vacibliyindən və vətənin keşiyində mərd dura bilən igid oğul böyütdüyünə görə qürur duyduğunu qeyd etdi.
Masallı Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Ceyhun Bəsirov ordunun mübarizliyinin onun xidmətində duran əsgərdən aslı olmasından , Vətənin bütövlüyü , azadlığı uğrunda canından keçənlər oğullarımızın hər zaman tarixdə yaşayacaqlarını çıxışında xüsusi vurğuladı.
Yekunda təşkilatçılar tədbirdə iştirak edən ehtiyatda olan hərbiçiləri, şəhid ailələrini və müharibə iştirakçılarını “Təşəkkürnamə” ilə təltif edərək xatirə şəkilləri çəkdilər. Sonunda iştirakçılar muzeyin 26 iyun -Silahlı Qüvvələr Gününə həsr edilmiş “ Mübariz ordumuz” adlı sərgisi ilə də tanış oldular.